KİV: ABŞ esminesi İranın ərazi sularına daxil olmağa cəhd edib
sizinxeber.az xəbər saytı

KİV: ABŞ esminesi İranın ərazi sularına daxil olmağa cəhd edib


ABŞ esminesi Oman körfəzində İranın ərazi sularına daxil olmağa cəhd edib.

“Report” “The Guardian”a istinadən xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat verib.

Bildirilib ki, yerli vaxtla səhər saat 10:00 radələrində İranın hərbi helikopteri ABŞ-nin “USS Fitzgerald” esminesinin üzərindən uçub. Gəmi İranın ərazi sularına daxil olmağa cəhd edib.

"İran helikopterinin pilotu missiyanı yerinə yetirməyə davam edib və İranın ərazi sularından uzaq durmaq barədə xəbərdarlığı təkrarlayıb. İran qüvvələri ABŞ gəmisinin cənuba doğru istiqamət almasına nail olublar", - məlumatda qeyd olunub.

ABŞ Hərbi Dəniz Qüvvələri bununla bağlı heç bir açıqlama verməyib.

Oxşar xəbərlər

Pezeşkian: İran Suriyanın suverenliyini və ərazi bütövlüyünü qorumağa sadiqdir
IDF: İranın İsrail istiqamətində atdığı bütün pilotsuz uçuş aparatları zərərsizləşdirilib - YENİLƏNİB
İsrailin İran səmasında vurulan "F-35" qırıcısının pilotu əsir götürülüb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər