Pezeşkian: İran qeyri-sabitliyə can atmır, konstruktiv dialoqa sadiqdir
sizinxeber.az xəbər saytı

Pezeşkian: İran qeyri-sabitliyə can atmır, konstruktiv dialoqa sadiqdir


İranı təslim olmağa məcbur etmək cəhdləri iflasa məhkumdur.

Sizinxeber.az-nın İran bürosunun xəbərinə görə, bu barədə İran Prezidenti Məsud Pezeşkian Tehranda Təcili Yardım Mərkəzində deyib.

O bildirib ki, İran müharibə və qeyri-sabitlik axtarmır, Tehran hər zaman müxtəlif ölkələrlə dialoqa və konstruktiv qarşılıqlı fəaliyyətə sadiqdir: “Lakin iradəsini zorla qəbul etdirmək və ya ölkəni təslim olmağa məcbur etmək cəhdləri iflasa məhkumdur. İran xalqı belə yanaşmanı əsla qəbul etməyəcək”.

İran Prezidenti beynəlxalq sistemdəki ikili standartları tənqid edib. O qeyd edib ki, başqa ölkələrə qarşı hərbi əməliyyatlar dünyanın qəbul etdiyi prinsiplərə ziddir.

Pezeşkian “düşmənlər qarşısında həmrəyliyin gücləndirilməsinə” çağırış edib.

Haşim Rahimi

Oxşar xəbərlər

İran Prezidenti ABŞ ilə bərabərhüquqlu dialoqa hazır olduğunu bəyan edib
Pezeşkian: ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələr cavabsız qalmayacaq
Pezeşkian: İran qarşılıqlı dialoq yolu ilə hər zaman razılığa gəlməyə hazır olub
İran Prezidenti atom enerjisi üzrə dialoqa hazır olduğunu bildirib
Pezeşkian: İran müharibəyə və nüvə silahı yaratmağa can atmır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər