sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Pezeşkian: ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələr cavabsız qalmayacaq
ABŞ-ın İran ərazisində yerləşən üç nüvə obyektinə endirdiyi zərbələr cavabsız qalmayacaq.
APA xəbər verir ki, bu barədə İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian Fransa prezidenti Emmanuel Makronla telefon danışığı zamanı bildirib.
“ABŞ bizə hücum edib. Siz bu vəziyyətdə olsaydınız, nə edərdiniz? Təbii ki, bu addım cavabsız qalmamalıdır,” – deyə Pezeşkian Makronun təmkinli olmağa çağırışına cavab olaraq bildirib.
İran prezidentinin sözlərini onun administrasiyası yayıb.
Pezeşkian əlavə edib ki, Tehran həmişə danışıqlara açıq olduğunu bəyan edib, lakin “qarşı tərəf İran xalqından təslim olmağı tələb edib”.
Oxşar xəbərlər
İran Prezidenti: ABŞ nüvə obyektlərinə endirilən zərbələrə cavab almalıdır
Pezeşkian: Bu, İsrail rejiminin cavabsız qalmayacaq böyük səhvidir
Pezeşkian Qərbi yalan danışmaqda ittiham edib
Pezeşkian: ABŞ və Avropa bildirmişdi ki, İran Haniyyənin qətlinə cavab verməsə, atəşkəs olacaq, yalançı çıxdılar
İran prezidenti İsrailin hücumlarına cavab verəcəyini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













