Qətər XİN: HAMAS və İsrail arasında razılaşma əldə etmək vaxt aparacaq
sizinxeber.az xəbər saytı

Qətər XİN: HAMAS və İsrail arasında razılaşma əldə etmək vaxt aparacaq


Qəzzada atəşkəslə bağlı razılaşma əldə etmək üçün vaxt lazım olacaq.

Sizinxeber.az xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari deyib.

“Mən hal-hazırda konkret vaxt təyin edə bilmərəm. Amma, deyə bilərəm ki, razılaşmaya çatmaq üçün zamana ehtiyacımız olacaq. HAMAS-dan və İsraildən olan nümayəndə heyətləri Dohadadır. Biz onlarla ayrı-ayrılıqda görüşürüb danışırıq. Yəni, danışıqlar hələ ki başlamayıb”- əl-Ənsari bəyan edib.

Qətər XİN sözçüsü hər iki nümayəndə heyəti ilə danışıqlar aparılmasının səbəbini, onlar arasında dialoq üçün zəmin hazırlamaq niyyəti ilə izah edib.

Oxşar xəbərlər

HAMAS İsrail əsilli amerikalı əsiri bu gün azad edəcək
XİN: Qətər Qəzza üzrə danışıqlarda vasitəçiliyi dayandırıb
HAMAS Uitkoff ilə Qəzzada daimi atəşkəs üçün razılığa gəldiyini bildirib
Qətərin Baş naziri: İsrail-HAMAS danışıqlarının gələcəyi sual altındadır
Bayden Qəzzada atəşkəslə bağlı razılaşma əldə olunarsa, İranın İsrailə hücumunu dayandıracağını gözlədiyini deyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər