sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İsrail İranın 4 ostanında hərbi obyektlərə hava zərbəsi endirib
Bu gün səhər İsrail Hərbi Hava Qüvvələri 30 qırıcı təyyarə ilə İranın 4 ostanına zərbə endirib.
APA-nın xəbərinə görə, bu barədə İsrail Ordusu məlumat yayıb.
İranın İsfahan, Buşehr, Ahvaz və ilk dəfə Yəzd ostanlarında raket və pilotsuz uçuş aparatlarının (PUA) yerləşdiyi hərbi obyektlər hədəf olub. Hədəflərə 60 sursat atılıb.
Qeyd edilib ki, Yəzddə hədəf "Kheibar Shekan" raketlərinin saxlanıldığı "İmam Hüseyn" strateji raket qərargahı olub. Məhz buradan bu gün İsrailə ilk dəfə orta mənzilli "Kheibar Shekan" raketləri atılıb.
İsfahan, Buşehr və Ahvazda isə hədəf raket buraxılışı qurğuları, hava hücumundan müdafiə sistemləri, qərargahlar olub.
Oxşar xəbərlər
İran İsrailə ilk dəfə orta mənzilli "Kheibar Shekan" ballistik raketləri atıb
İsrail Hərbi Hava Qüvvələri İrana yenidən zərbə endirməyə başlayıb
İsrail ordusu Bekaa vadisinə hava zərbələri endirib
İsrail İranın raket proqramı ilə əlaqəli obyektlərə zərbələr endirib
İsrail İranın ən böyük təbii qaz yatağı olan Cənubi Parsa zərbə endirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













