
Tanınmış jurnalist Fatih Altaylı həbs edilib - YENİLƏNİB-1

Tanınmış jurnalist Fatih Altaylı həbs edilib - YENİLƏNİB-1
Türkiyədə tanınmış jurnalist Fatih Altaylı həbs edilib.
Sizinxeber.az-nın xəbərinə görə, bu barədə bu gün məhkəmə qərar verib.
Jurnalist Prezidenti təhdid etməkdə ittiham olunur.
***
21 iyun, saat 23.17
İstanbul Prokurorluğu jurnalist Fatih Altaylının saxlanılmasının səbəbini açıqlayıb.
Sizinxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, sosial media hesabında verdiyi açıqlamalara görə “prezidenti təhdid etmə” ittihamı ilə başladılan istintaq çərçivəsində saxlanılıb.
“20.06.2025-ci il tarixində adı hallanan “Youtube” sosial media kanalında prezidentimiz Rəcəb Tayyib Ərdoğanı hədəf alan təhdid xarakterli açıqlamalarına görə Fatih Altaylıya qarşı CM-nin 310/2 və 106/1-ci maddələri (prezidenti təhdid etmə) ilə istintaq başladılıb. İstanbul Polis İdarəsinə onun saxlanılması ilə bağlı göstəriş verilib”, - İstanbul Prokurorluğunun açıqlamasında deyilir.
***
23:06
Türkiyədə tanınmış jurnalist Fatih Altaylı saxlanılıb.
Sizinxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda onun həyat yoldaşı Hande Altaylı məlumat yayıb.
Fatih Altaylının bu gün axşam saatlarında İstanbulun Şişli rayonundakı evində saxlanıldığı bildirilir.
Altaylının hansı səbəblə saxlandığı haqda heç bir məlumat verilməyib.