Türkiyə Prezidenti Yaxın Şərqin xəritəsinin dəyişdirilməsinə icazə verməyəcəklərini bildirib
Hücumlar İranın nüvə proqramı ilə bağlı danışıqların intensivləşdiyi bir vaxtda baş verib.
APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 51-ci iclasında çıxışı zamanı bildirib.
Türkiyə Prezidenti deyib ki, Netanyahu hökuməti 13 iyun hücumları ilə danışıqlar prosesini sarsıtmağı hədəfləyib: "İsrail paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti ilə dinc yanaşı yaşamaq əvəzinə müharibəni bütün bölgəyə yaymağa çalışır".
Ərdoğan bəyan edib ki, regionda Says-Piko (Britaniya imperiyası ilə Fransa arasında Osmanlı imperiyası tabeliyində olan Yaxın Şərq ərazisində təsir dairələrinin bölüşdürülməsinə dair saziş-red). düzəninin qurulmasına imkan verməyəcəklər.
Türkiyə lideri İsrail üzərində təsir gücünə malik olan ölkələrə bir daha müraciət edib və əlavə edib ki, bölgə başqa bir müharibəyə dözə bilməz.
“Biz İsrailə qarşı məcburi tədbirlər görmək üçün koordinasiyalı şəkildə səylərimizi davam etdirməliyik”, - Ərdoğan vurğulayıb.
Oxşar xəbərlər
Ərdoğan: İsrail Livana hücumları ilə müharibəni bölgəyə yaymağa çalışır
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub
Mahmud Abbas Türkiyədə səfərdədir - YENİLƏNİB
Ərdoğan: Trampın Netanyahu ilə razılaşması sülh üçün böyük təhdiddir
Ərdoğan Makronla görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













