İsrail HHQ İsfahan ərazisindəki hava hücumundan müdafiə sistemlərini sıradan çıxarıb - VİDEO
sizinxeber.az xəbər saytı

İsrail HHQ İsfahan ərazisindəki hava hücumundan müdafiə sistemlərini sıradan çıxarıb - VİDEO


İsrail Hərbi Hava Qüvvələri 250 kilometr məsafədəki hədəfə çata bilən “Delila” raketləri vasitəsilə İrana məxsus olan və İsfahan ərazisində yerləşdirilən bir sıra hava hücumundan müdafiə sistemini sıradan çıxarıb.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Məlumata görə, onların arasında “Tor-M1” sistemi, “Yastreb” zenit-raket kompleksi və Rusiyanın malik olduğu “Kasta” 2E2 RLS sistemi də var.

O da qeyd edilib ki, hava reydi nəticəsində Tehran ətrafında yerləşdirilmiş radiolokasiya qurğuları da zərərsizləşdirilib.

İsrail Ordusu sözügedən əməliyyatın görüntülərini də yayıb.

Oxşar xəbərlər

KİV: İsrailin gizli əməliyyatları İranın çevik cavab imkanlarını zəiflədib
İsrail Ordusu Tehranda daha çox hədəf vuracaq
İsrail Ordusu: İrana qarşı əməliyyat bir neçə gün davam edəcək
İsrail Beyrutda hava hücumları həyata keçirir
İsrail Müdafiə Ordusu: "Tehran artıq qorunmur, şəhər İsrail zərbələrinə qarşı müdafiəsizdir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər