İsrail İranın atdığı raketlərin beşinci dalğasının ölkə ərazisinə çatdığını açıqlayıb
İranın İsrailə göndərdiyi raketlərin beşinci dalğası Böyük Tel-Əviv bölgəsinə düşməyə başlayıb.
Sizinxeber.az xəbər verir ki, bu haqda İsrail Radiosu məlumat verib.
Radio həmçinin beşinci dalğanın bütün İsraili hədəf aldığını bildirib. İsrailin şimalında, mərkəzində və cənubunda partlayış səsləri eşidilib.
İsrailin “Kanal 12” kanalı Tel-Əvivin cənubundakı Rişon LeZion şəhərinə raket zərbəsi endirildiyi ilə bağlı məlumat paylaşıb.
İsrail Ordusunun mətbuat xidməti də son bir saat ərzində İrandan İsrailə doğru onlarla raket atıldığını və onlardan bir neçəsini tutmaq mümkün olduğunu açıqlayıb.
Məlumatda xilasetmə qruplarının raketlərin düşdüyü barədə məlumatların daxil olduğu bir neçə yerdə işlədiyi bildirilir.
“Yedioth Ahronoth” isə İranın son hücumunda bir neçə israillinin yaralandığı və 6 binaya ciddi ziyan dəydiyi barədə məlumat yayıb.
Oxşar xəbərlər
İrandan İsrailə 400-ə yaxın raket atılıb - VİDEO - YENİLƏNİB-1
Co Bayden və Kamala Harris İranın İsrailə hücumunu izləyir
İran İsrailə raket hücumuna başlayıb - VİDEO - YENİLƏNİB2
KİV: İran yaxın saatlarda İsrailə hücum etməyə hazırlaşır
HAMAS İsrailə 5 raket atıb, 2 nəfər yaralanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













