Behruz Kamalvəndi: Natanzdakı bəzi yerüstü obyektlər zədələnib, yanğın olub
sizinxeber.az xəbər saytı

Behruz Kamalvəndi: Natanzdakı bəzi yerüstü obyektlər zədələnib, yanğın olub


“Biz iki il əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri və BMT-nin baş katibinə göndərdiyimiz son məktubda İranın nüvə obyektlərinə qarşı beynəlxalq təhdidlərin ciddi təhlükə yarada biləcəyini yazmışdıq. Bu isə beynəlxalq institutların və təşkilatların müdaxiləsini şərtləndirirdi”.

Sizinxeber.az IRNA-ya istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi Agentliyinin rəhbəri Behruz Kamalvəndi deyib.

O bildirib ki, ölkəsi son hücumlara qarşı qabaqlayıcı tədbirlər görsə də baş verənlər günahsız əhaliyə, hərbi rəhbərliyə və nüvə sahəsində fəaliyyət göstərən alimlərə ciddi zərər vurub.

B. Kamalvəndi səhər saatlarında Fordo nüvə obyektinə baş çəkdiyini və burada hər hansı insidentin qeydə alınmadığını söyləyib.

“Sadəcə Natanzdakı bəzi yerüstü obyektlər zədələnib və bu, yanğınla müşahidə olunub. Mənə verilən məlumata görə, yanğınları söndürmək mümkün olub və hər hansı itki qeydə alınmayıb. Obyektə bir o qədər də əhəmiyyətli ziyan dəyməsə də, onun miqyası hələ tam olaraq məlum deyil. Sadəcə onun səthində bir sıra zədələnmələr müşahidə olunur. Bilirsiniz ki, Natanz və Fordo yerin altına yerləşir. Onu da deyim ki, Natanzdakı “Şəhid Əhmədi Roşan” obyektinə dəfələrlə zərbələr endirilib”.

Oxşar xəbərlər

İran əleyhinə qətnamə qəbul ediləcəyi təqdirdə Tehran AEBA ilə əməkdaşlığı azaldacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran ABŞ-ın nüvə sazişi ilə bağlı təklifinə yaxın günlərdə cavab verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rafael Qrossi İrana səfər edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail hökuməti: İranın Natanzdakı nüvə obyektinə əhəmiyyətli zərər vurmuşuq [xfgiven_updateblue][/xfgiven_updateblue]
AEBA İranın nüvə fəaliyyətlərinə dair qətnamə qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər