İran AEBA-nın qətnaməsinə” cavab verəcəyini bildirib
İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) Rəhbərlər Şurasının qəbul etdiyi qətnaməni pisləyib və bunu ABŞ və üç Avropa ölkəsinin siyasi motivli addımı adlandırıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi və Atom Enerjisi Təşkilatı birgə bəyanatında qeyd edilib.
Bildirilib ki bu addım siyasi motivlərə əsaslanır, texniki və hüquqi əsası yoxdur:
“İran İslam Respublikası həmişə öz mühafizə öhdəliklərinə sadiq qalıb və indiyə qədər Agentliyin heç bir hesabatında İranın nüvə materiallarında və ya fəaliyyətlərində uyğunsuzluq və ya yayınma hallarına toxunulmayıb”.
Qeyd edilib ki, İranın AEBA-nın “siyasi qətnaməsinə” cavab verməkdən başqa çarəsi yoxdur.
Bəyanatda əlavə olunub ki, İran Fordo obyektindəki köhnə sentrifuqaların qabaqcıl IR-6 maşınları ilə dəyişdirilməsini əmr edib:
“Atom Enerjisi Təşkilatının rəhbəri təhlükəsiz zonada yeni zənginləşdirmə qurğusunun yaradılması və Fordo zənginləşdirmə sahəsindəki birinci nəsil sentrifuqaların qabaqcıl IR-6 maşınları ilə əvəz edilməsi barədə əmrlər verib. Əlavə tədbirlər nəzərdə tutulur və tezliklə elan ediləcək”.
Oxşar xəbərlər
İran əleyhinə qətnamə qəbul ediləcəyi təqdirdə Tehran AEBA ilə əməkdaşlığı azaldacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
AEBA İranın nüvə fəaliyyətlərinə dair qətnamə qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qərb ölkələri İranı AEBA ilə əməkdaşlığa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: İran uranın zənginləşdirilməsi istiqamətində tempi azaldıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran XİN başçısı AEBA rəhbəri ilə məsləhətləşmələri faydalı adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












