Tramp administrasiyası xaricdəki bütün USAID nümayəndəliklərinin ləğvinə qərar verib
Tramp administrasiyası ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) üzrə xaricdəki bütün nümayəndəlikləri 30 sentyabradək ləğv edəcək.
Sizinxeber.az “The Guardian” a istinadən bildirir ki, ötən gün dövlət katibi Marko Rubio agentliyin bütün beynəlxalq işçi heyətinin ləğv edilməsini və xarici yardım proqramlarının idarəçiliyinin birbaşa Dövlət Departamentinə verilməsinə göstəriş verib.
Bu göstəriş dünyada yüzlərlə USAID əməkdaşına, o cümlədən xarici xidmət məmurlarına, podratçılara və 100-dən çox ölkədə yerli işçilərə şamil edilir. ABŞ səfirliklərinin missiya rəhbərlərinə dörd ay ərzində genişmiqyaslı dəyişikliklərə hazırlaşmaları tapşırılıb.
Daxili sənəddə prosedurların sadələşdirilməsi fonunda USAID-da bütün xarici vəzifələrinin ləğv edildiyi və 15 iyundan etibarən əvvəllər USAID-in həyata keçirdiyi xarici yardım proqramlarına cavabdehliyin birbaşa Dövlət Departamentinə ötürüldüyü bildirilir.
Oxşar xəbərlər
ABŞ sentyabrın 30-na qədər USAID-in bütün xarici nümayəndəliklərini ləğv edəcək
KİV: USAID-in bütün əməkdaşları sentyabrın 30-na qədər işdən çıxarılacaq
Ağ Ev USAID proqramlarının 83 %-nin fəaliyyətini dayandırıb
Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
ABŞ Dövlət Departamenti iyulun 1-dək USAID-i yenidən təşkil etməyi planlaşdırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













