sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
12 ölkə vətəndaşının ABŞ-a girişini qadağan edən qərar qüvvəyə minib
ABŞ prezidenti Donald Trampın 12 ölkə vətəndaşının ABŞ-a girişini qadağan edən qərarı qüvvəyə minib.
Sizinxeber.az xəbər verir ki, Trampın əsasən Afrika və Yaxın Şərqdən olan 12 ölkə vətəndaşına bu ölkəyə səfər qadağası ilə bağlı qərarı bu gündən tətbiq olunmağa başlayıb.
Qeyd edək ki, Tramp bununla bağlı fərmanı iyunun 5-də imzalayıb.
Qərar ABŞ-da qeydiyyatı olan, etibarlı vizası olan və ABŞ-ın milli maraqlarına xidmət edən bu ölkələrin vətəndaşlarına şamil olunmayacaq.
Tramp zərurət yaranacağı təqdirdə səyahət məhdudiyyətinə məruz qalan ölkələrin sayına yenidən baxıla biləcəyini və yeni təhlükələr yarandıqca müxtəlif ölkələrin də siyahıya əlavə oluna biləcəyini bildirib.
Oxşar xəbərlər
Tramp 12 ölkənin vətəndaşlarının ABŞ-yə girişini qadağan edib
Tramp 12 ölkənin vətəndaşlarına ABŞ-a girişi qadağan edib
KİV: ABŞ bəzi ölkələrin vətəndaşlarının ölkəyə girişini qadağan edəcək
Tramp Pakistan və Əfqanıstan vətəndaşlarının ABŞ-yə girişini qadağan edə bilər
Estoniyada eynicinsli cütlüklərin evlənməsi ilə bağlı qərar qüvvəyə minib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













