Tramp 12 ölkənin vətəndaşlarının ABŞ-yə girişini qadağan edib
sizinxeber.az xəbər saytı

Tramp 12 ölkənin vətəndaşlarının ABŞ-yə girişini qadağan edib


Amerika lideri Donald Tramp bazar ertəsindən (9 iyun - Qeyd) etibarən 12 ölkə vətəndaşlarının ABŞ-a girişini qadağan edib və daha 7 ölkənin sakinlərinə qismən məhdudiyyətlər qoyub.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyannamədə deyilir.

Tam qadağa Əfqanıstan, Haiti, İran, Yəmən, Liviya, Myanma, Konqo Respublikası, Somali, Sudan, Çad, Ekvatorial Qvineya və Eritreya vətəndaşlarına şamil ediləcək. Məhdudiyyətlər bazar ertəsi, iyunun 9-da ABŞ-ın şərq vaxtı ilə saat 00:01-də (Bakı vaxtı ilə 08:01) qüvvəyə minəcək.

Bundan əlavə, Burundi, Venesuela, Kuba, Laos, Syerra-Leone, Toqo və Türkmənistan vətəndaşlarına qismən məhdudiyyətlər qoyulacaq.

Sənəddə qeyd olunub ki, qərar sərəncam qüvvəyə minməzdən əvvəl verilmiş vizalara şamil edilməyəcək.

"Prezident Tramp amerikalıları ölkəmizə gəlmək və bizə zərər vermək istəyən təhlükəli xarici aktyorlardan qorumaq vədini yerinə yetirir", - Ağ Evin sözçüsü Abigeyl Cekson deyib.

O əlavə edib ki, məhdudiyyətlərin tətbiq olunduğu ölkələrdə insanlar lazımi qaydada yoxlanılmır. Bundan əlavə, müddəti bitmiş vizalar da çoxdur. Qərarda istisnalar nəzərdə tutulur: məsələn, qadağa ikili vətəndaşlığı olan şəxslərə, xarici diplomatlara, idmançılara və digər kateqoriyalara aid edilməyəcək.

Oxşar xəbərlər

Tramp Pakistan və Əfqanıstan vətəndaşlarının ABŞ-yə girişini qadağan edə bilər
KİV: ABŞ bəzi ölkələrin vətəndaşlarının ölkəyə girişini qadağan edəcək
Bir sıra ölkə vətəndaşlarının ABŞ-yə girişinə ciddi məhdudiyyətlər qoyulacaq
Bayden və Tramp noyabrın 13-də Vaşinqtonda görüşəcəklər
Tramp ABŞ-yə polad və alüminium idxalına 25 % rüsum tətbiq edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər