Tramp: Tehran razılaşmadan imtina etsə, ABŞ İranın neft ixracını sıfıra endirəcək
ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər Tehranla nüvə proqramı üzrə razılıq əldə olunmasa, Birləşmiş Ştatlar İrana maksimal təzyiq göstərəcək və bu ölkənin neft ixracını tamamilə dayandıracaq.
APA xəbər verir ki, Ağ Ev rəhbəri bu fikirləri Ər-Riyadda keçirilən Səudiyyə-ABŞ investisiya forumunda çıxışı zamanı səsləndirib.
“İranla razılaşma əldə etmək istəyirəm. Əgər buna nail olsam, çox sevinərəm. Bu halda regionunuz və bütövlükdə dünya daha təhlükəsiz yerə çevriləcək. Lakin İran rəhbərliyi bu sülh təklifini rədd etsə və qonşularına qarşı təcavüzü davam etdirsə, bizə yalnız bir yol qalır – əvvəllər etdiyim kimi, İrana qarşı kəskin təzyiqlər tətbiq edib neft ixracını sıfıra endirmək”, – deyə Tramp vurğulayıb.
ABŞ lideri əlavə edib ki, onun administrasiyası İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək:
“İran heç vaxt nüvə silahına sahib olmayacaq” - Tramp qeyd edib.
Oxşar xəbərlər
ABŞ sazişdən imtina olunacağı təqdirdə İranı neft ixracından məhrum edəcək
Tramp Tehranın nüvə proqramına görə İrana hücum etməyə tələsmədiyini bəyan edib
Xamenei: Donald Tramp İranı bombalamaq hədəsinə əməl etsə, güclü zərbə ilə üzləşəcək
Energetika naziri: Razılaşma əldə olunmasa, ABŞ İrana qarşı daha sərt sanksiyalar tətbiq edəcək
Dövlət Departamenti: ABŞ İranın neft ixracını dayandırmağa çalışır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
