ABŞ BƏƏ-yə hərbi nəqliyyat vertolyotlarının satışını təsdiqləyib
ABŞ Dövlət Departamenti Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ümumilikdə 1,32 milyard dollar dəyərində hərbi nəqliyyat vertolyotlarının və avadanlıqlarının satışını təsdiqləyib.
APA xəbər verir ki, bu haqda Pentaqonun mətbuat xidməti məlumat yayıb.
“Dövlət Departamenti Birləşmiş Ərəb Əmirlikləri Hökumətinə “CH-47F Chinook” vertolyotlarının və müvafiq avadanlıqların 1,32 milyard dollar məbləğində potensial Xarici Hərbi Satışını təsdiqləmək qərarına gəlib”, - deyə məlumatda bildirilir.
Müqavilə çərçivəsində BƏƏ altı vertolyot, həmçinin yanacaq çənləri, elektrik stansiyaları, naviqasiya cihazları, raket xəbərdarlığı sistemləri, pulemyotlar, həmçinin proqram təminatı və rabitə avadanlıqları almaq niyyətindədir.
Oxşar xəbərlər
ABŞ Rumıniyaya F-35 qırıcılarının satışını təsdiqləyib
ABŞ Xorvatiyaya HIMARS raketdən müdafiə sistemlərinin satışını təsdiqləyib
Dövlət Departamenti İtaliyaya altı MQ-9 hücum PUA-sının satışını təsdiqləyib
Dövlət Departamenti Cənubi Koreyaya 36 “Apache” helikopterinin satışını təsdiqləyib
Dövlət Departamenti Ər-Riyada 1 milyard dollarlıq silah satışına icazə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













