Harvardın prezidenti Tramp administrasiyasını qanunu pozmaqda ittiham edib
Harvard Universitetinin prezidenti Alan Qarber ABŞ prezidenti Donald Trampın administrasiyasını qanunsuzluqda ittiham edib.
Sizinxeber.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Qarberin açıq məktubu Tramp administrasiyasının universitetə yeni federal qrantların verilməməsi ilə bağlı açıqlamasına cavab olaraq gəlib.
Akademikin fikrincə, Vaşinqtonun universitetin siyasətinə təsir etmək cəhdləri qanunsuzdur.
O, təhsil ocağının heç bir partiya mənsubiyyətinin olmadığını və əksinə ittihamların ədalətsiz olduğunu vurğulayaraq, rəhbərlik etdiyi universitetin neytral mövqeyindən əl çəkməyəcəyini bildirib.
Qeyd edək ki, 26 aprel tarixində Harvard Universiteti, Tramp administrasiyasına qarşı məhkəməyə müraciət edərək, 2,2 milyard dollar məbləğində federal maliyyə vəsaitinin dondurulmasını qanunsuz hesab etməyi tələb edib.
Bundan əvvəl Tramp, Harvard Universitetini antisemitik qurum adlandırmışdı.
Oxşar xəbərlər
Harvard Universiteti Tramp administrasiyasını məhkəməyə verib
KİV: Tramp Harvardın daha 1 milyard dollar kəsmək niyyətindədir
KİV: Tramp Harvardın daha 1 milyard dollarını kəsmək niyyətindədir
KİV: Harvard Tramp administrasiyasını məhkəməyə verib
CNN: ABŞ-də Harvard Universitetinin vergi statusunu yenidən nəzərdən keçirməyi planlaşdırırlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













