ABŞ diplomatları Suriyanın yeni hakimiyyət təmsilçiləri ilə danışıqlar aparıb
ABŞ diplomatları bu həftə Nyu-Yorkda Suriyanın yeni hakimiyyət təmsilçiləri ilə görüş keçirərək onları terrorizmlə mübarizə aparmağa və İrana qarşı tədbirlər görməyə çağırıblar.
Sizinxeber.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus jurnalistlər üçün keçirilən ənənəvi brifinqdə məlumat verib.
“Bildirmək istərdim ki, Dövlət Departamentinin rəsmiləri aprelin 29-da Suriyanın keçid hakimiyyətinin nümayəndələri ilə Nyu-Yorkda görüşüblər”, – deyə Bryus bildirib.
Onun sözlərinə görə, ABŞ ilə Suriya arasında gələcəkdə istənilən normallaşma və ya Vaşinqtonun Dəməşqə qarşı sanksiyaları ləğv etməsi yalnız ABŞ-ın əvvəlcədən irəli sürdüyü tələblərin yerinə yetirilməsindən asılı olacaq.
Oxşar xəbərlər
Rusiya və ABŞ arasında İstanbul görüşündə Ukrayna müzakirə olunmayacaq
Dövlət Departamenti: ABŞ-İran danışıqlarının növbəti raundunun vaxtı hələ müəyyənləşməyib
ABŞ nümayəndə heyəti Dəməşqdə Suriyaya qarşı sanksiyaların yumşaldılmasını müzakirə edib
ABŞ Dövlət Departamentinin rəsmiləri Dəməşqə gedib
ABŞ Suriyaya qarşı sanksiyaları ləğv etmək niyyətində deyil
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Fərid Qayıbov qadınlardan ibarət futbol millisinin çıxışını yüksək qiymətləndirib
