“Bloomberg”: ABŞ və Ukrayna təbii sərvətlərə çıxış haqqında sazişi imzalayıb
sizinxeber.az xəbər saytı

“Bloomberg”: ABŞ və Ukrayna təbii sərvətlərə çıxış haqqında sazişi imzalayıb


Vaşinqton və Kiyev ABŞ-ın Ukraynanın mineral ehtiyatlarına çıxış əldə etməsi ilə bağlı saziş imzalayıb.

APA xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.

Məlumata görə saziş ABŞ-a Ukraynanın təbii ehtiyatlarının, o cümlədən alüminium, qrafit, neft və təbii qazın işlənməsi üçün yeni investisiya layihələrinə imtiyazlı çıxış imkanı verəcək.

Məlumatda bildirilib ki, Ukrayna və ABŞ rəsmiləri mətn üzərində həftələrlə müzakirə apardıqdan sonra bu həftənin əvvəlində ukraynalı nümayəndə heyəti yekun detalları dəqiqləşdirmək üçün Vaşinqtona səfər edib.

Hər iki tərəf əsas mətnin üzərində üzərində razılığa gəliblər. Lakin ayrı-ayrı mətnlərdə yazılmış texniki detallar yenidən müzakirə olunub.

Oxşar xəbərlər

KİV: Ukrayna ABŞ-la təbii sərvətlərlə bağlı sazişi bu gün imzalaya bilər
ABŞ-ın Ukraynaya təklif etdiyi sazişin son versiyasının detalları məlum olub
Ukrayna ötən gecə Rusiya ərazisinə 337 PUA ilə hücum edib
Zelenski: Ukrayna və ABŞ mineral ehtiyatlarına dair saziş üzərində işləməyə davam edəcək
Ukrayna ABŞ-la iqtisadi razılaşmanın dəyişdirilməsini istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər