Mask Trampın Nazirlər Kabineti ilə işləməyin şərəf olduğunu deyib
sizinxeber.az xəbər saytı

Mask Trampın Nazirlər Kabineti ilə işləməyin şərəf olduğunu deyib


İlon Mask Hökumətin Effektivliyi Departamentinin (DOGE) 160 milyard dollar məbləğində qənaət etdiyini bildirib.

APA xəbər verir ki, Mask bu haqda bu gün Ağ Evdə keçirilən iclasda danışıb.

Trampın Nazirlər Kabineti ilə işləməyin şərəf olduğunu qeyd edən Mask bir növ hökumətdəki postu ilə vidalaşaraq gələcəkdə həftədə yalnız bir və ya iki gün Hökumət Effektivliyi Departamentinə gəlməyi planlaşdırdığını bildirib.

Öz növbəsində Maska təşəkkür edən Tramp isə onun həqiqətən çox böyük kömək olduğunu deyərək onu istədiyi qədər hökumətdə qalmağa dəvət edib.

Qeyd edək ki, Mask keçən payızda DOGE-un federal büdcədən azı 2 trilyon dollar ixtisar edəcəyini söyləmişdi, lakin o sonradan bu hədəfi yerinə yetirə bilməyəcəyini etiraf etmişdi.

Oxşar xəbərlər

Mask: DOGE-un məqsədi ABŞ hökumətinin xərclərini 1 trilyon dollar azaltmaqdır
İlon Mask Trampın administrasiyasında təmsil olunmaq istəyir
Mask: ABŞ büdcəsi Bayden dövründə 500 milyard dollar itirib
İlon Mask “Starlink”in Azərbaycanda fəaliyyətə başlamasını elan edib
KİV: Mask Trampın siyasi təşkilatına 100 milyon dollar sərmayə qoyacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər