sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Ukrayna üzrə irəliləyiş olmazsa, ABŞ vasitəçilik rolundan imtina edəcək
ABŞ administrasiyası Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanmasında irəliləyiş əldə olunmadığı təqdirdə, vasitəçilik rolundan imtina etməyi planlaşdırır.
Sizinxeber.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibi Təmmi Brüüs brifinqdə məlumat verib.
"Bu yaxınlarda dövlət katibi Marko Rubionun mənə dediyi bir şeyi sizinlə bölüşə bilərəm. Hazırda biz elə bir mərhələdəyik ki, hər iki tərəf münaqişəyə necə son qoymaq barədə konkret təkliflər təqdim etməlidir. Bundan sonra necə davam edəcəyimiz ABŞ Prezidenti Donald Trampın qərarına bağlıdır. Əgər irəliləyiş olmazsa, biz bu prosesdə vasitəçi rolundan çəkiləcəyik", – deyə diplomat bildirib.
Oxşar xəbərlər
Dövlət Departamenti: ABŞ Ukraynada qısamüddətli yox, uzunmüddətli atəşkəsi dəstəkləyir
Blinken Trampın dövlət katibi vəzifəsinə namizədi Rubio ilə görüşüb
Tramp yenidən Ukrayna nizamlanmasında “böyük irəliləyiş” olduğunu söyləyiob
Rubio ABŞ-ın Ukraynada sülh səylərindən geri çəkilə biləcəyini təsdiqləyib
ABŞ Prezidenti: Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













