ABŞ MKİ-nin direktor müavininin oğlu Ukraynada müharibədə həlak olub
sizinxeber.az xəbər saytı

ABŞ MKİ-nin direktor müavininin oğlu Ukraynada müharibədə həlak olub


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəqəmsal innovasiyalar üzrə hazırkı direktor müavini Culian Qallina Qlossun oğlu, 21 yaşlı Maykl Qloss Ukraynada müharibədə həlak olub.

APA xəbər verir ki, bu barədə “Vajnıe İstorii” nəşri yazıb. Bildirilib ki, Qloss Rusiya tərəfində döyüşüb.

Qeyd olunub ki, Maykl 2023-cü ildə Rusiyaya səfərindən sonra Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb. Bundan əvvəl o, “ABŞ-ın ən yaşıl kollecində” təhsil alıb, müharibə əleyhinə etiraz aksiyalarında iştirak edib, qadınların hüquqlarını və iqlimin qorunmasını müdafiə edib.

2023-cü ildə Qlos təhsilini yarımçıq qoyaraq dünya səyahətinə çıxıb, “Rainbow Family” anarxist təşkilatına qoşulub, Türkiyədə zəlzələdən sonra dağılmış ərazilərin bərpasında iştirak edib.

Oxşar xəbərlər

“Naxçıvanpoçt”a yeni direktor təyin edilib
Rusiyanın “İzvestiya” telekanalının redaktoru Ukraynada müharibədə həlak olub
Təhsil İnstitutunda yeni təyinatlar olub
Taliban Baqram aviabazasını ABŞ-a təhvil verib
Rusiya millisinin keçmiş üzvü Aleksey Buqayev müharibədə həlak olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər