sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Tramp Bayden ailəsinin məxfi sənədlərə girişini ləğv edib
ABŞ prezidenti Donald Tramp ABŞ-ın sabiq prezidenti Co Bayden və onun ailə üzvlərinin məxfi sənədlərə girişini ləğv edib.
Sizinxeber.az xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında məlumat verilib.
“Aşağıdakı şəxslərin məxfi məlumatlara çıxışı daha milli maraqlara uyğun deyil: Entoni Blinken, Hillari Klinton, Kamala Harris, Cozef R. Bayden və kiçik Cozef R. Baydenin ailəsinin hər hansı digər üzvü”, - sərəncamda deyilir:
Siyahıda sabiq milli təhlükəsizlik müşaviri Ceykob Sallivan, ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyninin qızı Elizabet və bir çox başqalarının da adları daxil edilib.
Həmin şəxslərə ABŞ-ın bir sıra mühafizə olunan obyektlərinə daxil olmaq da qadağandır.
Oxşar xəbərlər
Tramp Baydenin məxfi məlumatlara çıxışını yasaqlayıb
Tramp Blinken və Sallivanın məxfi informasiyalarla bağlı icazələrini ləğv edib
Tramp Blinkenin məxfi məlumatlara çıxışını məhdudlaşdırmağı planlaşdırır
Bill və Hillari Klinton Harrisi prezidentliyə namizəd kimi dəstəkləyiblər
Bayden prezidentliyə namizədlərin təhlükəsizliyini gücləndirən qanunu imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













