BMT: İordan çayının qərb sahili ən böyük hücuma məruz qalıb
sizinxeber.az xəbər saytı

BMT: İordan çayının qərb sahili ən böyük hücuma məruz qalıb


“İordan çayının qərb sahili İkinci İntifadadan (2000-ci ilin sentyabrından 2005-ci ilin əvvəlinə qədər davam edən Fələstin qiyamından) sonra ən böyük İsrail hücumu ilə üzləşir.”

APA xəbər verir ki, bunu BMT-nin işğal olunmuş Fələstin ərazilərində insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Françeska Albaneze deyib.

"İsrail Fələstin torpaqlarını ələ keçirmək və fələstinliləri didərgin salmaq üçün uzunmüddətli planını həyata keçirdiyi üçün fələstinlilər real kütləvi etnik təmizləmə təhlükəsi ilə üz-üzədir", - deyə o, bildirib.

BMT-nin xüsusi məruzəçisi vurğulayıb ki, işğal edilmiş İordan çayının qərb sahili İkinci İntifadadan bəri ən pis hücumu ilə üzləşir:

“İsrail hava hücumları həyata keçirir, zirehli buldozerlərdən istifadə edir, evlərə basqın edir və sökür, kəndləri və yaşayış üçün zəruri olan infrastrukturu, o cümlədən kənd təsərrüfatı sahələrini məhv edir", - o deyib.

Oxşar xəbərlər

KİV: İsrail 2023-cü ilin oktyabrından bəri İordan çayının qərb sahilində 600-dən çox terrorçunu məhv edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İordan çayının qərb sahilində terror aktı nəticəsində 3 İsrail polisi həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail hərbçiləri İordan çayının qərb sahilində reydlər keçirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranın İsrailə raket zərbələri nəticəsində bir nəfər ölüb, 2 nəfər yaralanıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
İordan çayının qərb sahilində naməlum şəxs 7 nəfəri yaralayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər