ABŞ-nin 12 ştatına Qızılca epidemiyası yayılıb
Xüsusilə ABŞ-ın Texas və Nyu-Meksiko ştatlarında təsirli olan qızılca xəstəliyinin son həftələrdə artaraq 12 ştata yayıldığı, ölkə daxilində aşkar edilən ümumi yoluxma sayının 222-yə çatdığı bildirilib.
APA xəbər verir ki, bununla bağlı ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) açıqlama verib.
CDC-nin rəsmi saytında verilən açıqlamada, ölkə daxilində əksəriyyəti uşaq olmaqla artıq 222 hadisənin aşkar edildiyi bildirilir.
Qızılcanın Texas və Nyu-Meksiko ştatlarında, həmçinin Alyaska, Kaliforniya, Florida, Corciya, Kentukki, Nyu-Cersi, Nyu-York, Pensilvaniya, Rod-Aylend və Vaşinqtonda da rast gəlindiyi qeyd edilib.
Açıqlamada Texasda bir uşaq və Nyu-Meksikoda bir yeniyetmənin qızılcadan öldüyü bildirilir.
Oxşar xəbərlər
Monqolustanda qızılcaya yoluxanların sayı 13-ə yüksəlib
Kanadada qızılcaya yoluxma faktları kəskin artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
