sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Rusiya və ABŞ BMT TŞ-nin iclasının çağırılması üçün müraciət edib
Rusiya və ABŞ BMT Təhlükəsizlik Şurasına Suriyadakı vəziyyətlə bağlı qapalı məsləhətləşmələrin keçirilməsi üçün sorğu göndərib.
APA xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
Qapalı məsləhətləşmənin bu gün mətbuata qapalı olaraq keçiriləcəyi və münaqişənin dayandırılması üçün həll yollarının müzakirə ediləcəyi gözlənilir.
Qeyd edək ki, Suriyada təhlükəsizlik qüvvələri ilə devrilmiş prezident Bəşər Əsədə tərəfdarları arasında martın 6-dan bəri davam edən qarşıdurmalarda 745 mülki şəxsin və 125 təhlükəsizlik qüvvəsi üzvünün həlak olduğu, 148 Əsəd tərəfdarının da zərərsizləşdirildiyi bildirilir.
Oxşar xəbərlər
Rusiya BMT TŞ-nin Ukrayna üzrə iclasını çağırmaq üçün sorğu göndərib
Sergey Şoyqu İran Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Rusiya XİN: Bəşər Əsəd prezident postunu və Suriyanı tərk edib
Şoyqu Bəşər Əsədlə görüşüb
İrakli Kobaxidze ilk xarici səfərini Brüsselə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













