ABŞ ağac məmulatlarının idxalına əlavə gömrük rüsumunun tətbiqinə hazırlaşır
ABŞ-a idxal olunan ağac məmulatlarına əlavə gömrük rusumu tətbiq edilə bilər.
APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, Prezident Donald Tramp ötən gün ticarət nazirinə ölkənin milli təhlükəsizliyini qorumaq məqsədilə idxal olunan ağac məmulatları ilə əlaqədar araşdırma aparılmasını tapşırıb.
Ticarət Nazirliyi araşdırmanı 270 gün ərzində yekunlaşdırmalıdır. Eyni zamanda Donald Tramp 90 gün ərzində ABŞ-də daxili tədarükü artırmaq üçün dövlət torpaqlarındakı meşələrdə ağacların yığılmasına icazə verilməsinin asanlaşdırılması üçün yeni addımların atılmasını tapşırıb.
Ticarət müşaviri Piter Navarro deyib ki, aparılacaq araşdırma Kanada, Almaniya və Braziliya kimi ağac məmulatları ixrac edən böyük ixracatçılara qarşı olacaq. Piter Navarro hesab edir ki, bu ölkələr ABŞ bazarına belə məmulatları çıxarmaqla ölkənin iqtisadi inkişafına və milli təhlükəsizliyinə zərbə vurur.
Oxşar xəbərlər
Yel çərşənbəsində 50 mindən çox ağac əkilib
Türkiyə Azərbaycandan idxal edilən bir sıra məhsullar üçün gömrük rüsumunu artırmayacaq
Meşədə üstünə ağac aşan Lerik sakini ölüb
Tramp köməkçisinə Ukrayna münaqişəsi üzrə görüş təşkil etməyi tapşırıb
Avropa İttifaqı ABŞ ilə yeni ticarət strategiyası hazırlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











