KİV: Rutte Zelenskini Trampla barışmağa çağırıb
sizinxeber.az xəbər saytı

KİV: Rutte Zelenskini Trampla barışmağa çağırıb


NATO-nun baş katibi Mark Rutte Ukrayna prezidenti Volodimir Zelenskini ABŞ administrasiyası ilə münasibətləri yaxşılaşdırmağın yollarını tapmağa çağırıb.

APA xəbər verir ki, bu haqda“CGTN America” nəşri “Xdəki hesabında məlumat verib.

“Mən Zelenskiyə dedim ki, siz Donald Tramp və ABŞ administrasiyası ilə münasibətlərinizi bərpa etməyin yolunu tapmalısınız”, - deyə nəşr Ruttenin sözlərindən sitat gətirib.

Xatırladaq ki, fevralın 28-də Vaşinqtonda canlı efirdə Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında qızğın mübahisə baş verib.

Qalmaqal Zelenskinin sülh sazişinin şərtləri ilə bağlı Trampla razılığa gəlmədən Ağ Evi tərk etməsi ilə başa çatıb.

Oxşar xəbərlər

NATO-nun Baş katibi Trampla görüşüb
ABŞ ilə Ukrayna arasında minerallarla bağlı razılaşma imzalanmayıb, prezidentlərin birgə mətbuat konfransı ləğv edilib
Trampın nümayəndəsi Zelenskini müharibə aparan xalqın cəsur lideri adlandırıb
Tramp Zelenski ilə yaxşı münasibətləri olduğunu bəyan edib
KİV: Tramp Ukrayna Prezidentini müharibəni dayandırmağa çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər