Ukrayna və ABŞ arasındakı saziş hazırdır
sizinxeber.az xəbər saytı

Ukrayna və ABŞ arasındakı saziş hazırdır


Ukrayna və Amerika Birləşmiş Ştatları arasında yeraltı sərvətlərin işlənməsini nəzərdə tutan saziş imzalanmağa hazırdır.

Sizinxeber.az xəbər verir ki, bu sözləri ABŞ-nin maliyyə naziri Skott Bessent “Fox Business” telekanalına açıqlamasında deyib.

O qeyd edib ki, sənəddə təkcə ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenskinin imzaları qalıb. Sənəd fevralın 28-də imzalanmalıdır.

"Müqavilə tamamlanıb, kağız üzərindədir və Ukrayna hökuməti bunu təsdiqləyib. Sabah dövlət başçılarının onu imzalaması gözlənilir. Bu, faydalı qazıntılar, neft, qaz və infrastruktur aktivləri ilə bağlı sazişdir", - Bessent bildirib.

Oxşar xəbərlər

Tramp Zelenskinin ABŞ-la Ukrayna arasındakı sazişi imzalamasını gözləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Skott Bessent: ABŞ iqtisadi böhran və tarixin ən böyük vergi artımı ilə üzləşə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Zelenskinin Ukrayna danışıqlarında iştirak edəcəyini bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin: Rusiya Ukrayna ilə bağlı danışıqlar masasına qayıtmağa hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna ABŞ-nin faydalı qazıntılar müqabilində yardım təklifi üzərində işləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər