Trampın Qəzza ilə bağlı açıqlamaları ABŞ rəsmilərini heyrətə gətirib
Prezident Donald Trampın Qəzza zolağında ABŞ-ın uzunmüddətli sahibliyi ehtimalı ilə bağlı açıqlamaları Ağ Evin yüksək vəzifəli rəsmilərini heyrətə gətirib.
APA-nın məlumatına görə, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, prezidentin çıxışı kənardan rəsmi və düşüncəli görünsə də, ondan əvvəl Dövlət Departamenti və Pentaqonun nümayəndələri ilə belə hallarda tələb olunan məsləhətləşmələr aparılmayıb.
Nəşr qeyd edir ki, Müdafiə Nazirliyinin bu təşəbbüsün dəyərini hesablamaq və onu həyata keçirmək üçün nə qədər hərbçinin lazım olduğunu və hansı plana əməl edəcəklərini düşünmək imkanı belə olmayıb.
Bir neçə ABŞ rəsmisi “The New York Times”a bildiriblər ki, onlar hələ də ideyanın necə yarandığını anlamağa çalışırlar və bunu hətta Tramp üçün də həddən artıq hesab edirlər.
Oxşar xəbərlər
Peskov Trampın Qəzza ilə bağlı açıqlamalarına münasibət bildirib
İsrailin maliyyə naziri Trampın Qəzza zolağında əhalinin köçürülməsi planını dəstəkləyir
Qahirədə Qəzza danışıqları nəticə verməyib, proses davam etdiriləcək
Məhkəmə Trampın toxunulmazlığının olmadığı qənaətinə gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Şotlandiyanı üstələyən Braziliya C qrupunu lider kimi başa vurub - YENİLƏNİB-6
