Tramp doğumla verilən vətəndaşlığın ləğv edilməsi ilə bağlı Ali Məhkəməyə qədər getməyə hazırdır
ABŞ prezidenti Donald Tramp doğum yolu ilə verilən vətəndaşlığın ləğvi tələbi ilə ABŞ Ali Məhkəməsinə qədər getməyə hazırdır.
APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
Qeyd edək ki, Yanvarın 20-də ABŞ prezidenti vəzifəsinin icrasına başlayan Tramp həmin gün axşam saatlarında ABŞ vətəndaşlığının doğum yolu ilə verilməsini məhdudlaşdıran fərman imzalayıb. ABŞ prezident administrasiyası hesab edir ki, belə vətəndaşlıq konstitusiyaya ziddir.
Bu sənəd qeyri-qanuni miqrantların uşaqlarına anadangəlmə ABŞ vətəndaşlığının verilməsinə məhdudiyyətləri nəzərdə tutur.
Ertəsi gün 22 ştatın rəhbərliyi Ağ Ev rəhbərinin fərmanına etiraz etmək üçün məhkəmələrə müraciət edib.
Vaşinqton ştatının dairə məhkəməsi Trampın fərmanını müvəqqəti olaraq bloklayıb.
Oxşar xəbərlər
Trampın yeni məhdudiyyətləri narazılıq doğurub
Tramp Kerolayn Livitti Ağ Evin mətbuat katibi təyin edib
Tramp prezidentliyinin ilk günlərində neft və qaz hasilatına qoyulan məhdudiyyətləri aradan qaldıracaq
Tramp miqrantların ABŞ-nin cənub sərhədindən keçməsini qadağan edən fərman imzalayıb
Donald Tramp ABŞ-nin 47-ci Prezidenti olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













