"Bloomberg": ABŞ Rusiya neftinin ixracına qarşı sanksiyaları sərtləşdirə bilər
sizinxeber.az xəbər saytı

"Bloomberg": ABŞ Rusiya neftinin ixracına qarşı sanksiyaları sərtləşdirə bilər


ABŞ prezidenti Co Baydenin istefa verən administrasiyası tezliklə ABŞ-nin Rusiya neftinin ixracına daha sərt məhdudiyyətlər qoyacağını elan edə bilər.

APA xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə Vaşinqton İranın neft ixracına qarşı məhdudiyyətlərə bənzər sanksiyaların tətbiqini istisna etmir.

Bu halda məhdudiyyətlər Rusiyadan enerji alıcılarına da şamil olunacaq.

“Bloomberg” vurğulayır ki, belə bir tədbir müəyyən risklə bağlıdır. Çünki Rusiya neftinin ən böyük alıcıları Hindistan və Çin kimi böyük ölkələrdir.

Nəticədə neftin qiyməti kəskin arta və qlobal iqtisadiyyatda gərginliyin artmasına səbəb ola bilər.

Nəşr həmçinin ABŞ-nin Rusiya neftini daşıdığı iddia edilən şirkətlərə qarşı da yeni sanksiyalar tətbiq edilə biləcəyini yazıb.

Oxşar xəbərlər

Aİ-nin Rusiyaya qarşı daha bir sanksiyalar paketi 2025-ci ildə qəbul edilə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Böyük Britaniya Rusiya və İrana qarşı yeni sanksiyaları açıqlayıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bloomberg: Aİ Rusiyaya qarşı növbəti sanksiya paketi qəbul etməyi planlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Neftin qiyməti 72 dollara yaxınlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya istehsalçılar üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər