Blinken: ABŞ Gürcüstan hakimiyyətinə qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır
Vaşinqton Gürcüstan hakimiyyətinə qarşı yeni tədbirlər, o cümlədən əlavə məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.
APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken çərşənbə günü yaydığı yazılı açıqlamada bildirib.
“Birləşmiş Ştatlar indi bizim ixtiyarımızda olan vasitələrdən, o cümlədən əlavə sanksiyaların tətbiqindən istifadə etməyə hazırlaşır, bundan əlavə, daha əvvəl elan etdiyimiz ikitərəfli əməkdaşlığın nəzərdən keçirilməsinə hazırlaşır”, - deyə o bildirib.
Onun fikrincə, Gürcüstan hakimiyyəti dinc toplaşmaq və ifadə hüquqlarından istifadə etdiklərinə görə saxlanılanları dərhal azad etməlidir.
Dövlət katibinin fikrincə, qanunsuz güc tətbiqində günahkar olan məmurlar tam məsuliyyətə cəlb edilməlidir.
Oxşar xəbərlər
ABŞ Gürcüstana yeni sanksiyalar tətbiq etməyə hazırlaşır
G7 ölkələri Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etmək niyyətindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Günəşdə güclü partlayış oldu
