Türkiyə ermənipərəst jurnalist Neil Hauerin ölkəyə girişinə qadağa qoyub
Kanadalı jurnalist Neil Hauerin Türkiyəyə girişinə qadağa qoyulub.
APA xəbər verir ki, bu haqda o “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Hauer qeyd edib ki, o, İrəvandan İstanbul Sabiha Gökçen hava limanına turizm məqsədilə gəlib, lakin pasport nəzarətində saxlanılıb və ona adının qara siyahıda olduğu bildirilib.
16 saat gözlədikdən sonra jurnalist yenidən Ermənistana deportasiya edilib.
Haueri təəccübləndirən o olub ki, o, əvvəllər Türkiyəyə bir neçə dəfə, ən son isə 2022-ci ilin yayında səfər edib və belə bir problem yaranmayıb.
Hauer, qadağanın Azərbaycanı tənqid etməsi və Qarabağ hadisələri ilə bağlı nəşrləri və erməni tərəfini fəal şəkildə dəstəkləməsi ilə bağlı ola biləcəyini irəli sürüb.
Oxşar xəbərlər
Jurnalist Azər Rəşidoğlu əməliyyat olunub, vəziyyəti qənaətbəxşdir
Türkiyəli məşhur jurnalist vəfat edib
Jurnalist Azər Rəşidoğlu palataya köçürülüb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
