Ekvador prezidenti ölkədə xarici bazaların yerləşdirilməsi üçün konstitusiyaya dəyişiklik etməyi təklif edib
sizinxeber.az xəbər saytı

Ekvador prezidenti ölkədə xarici bazaların yerləşdirilməsi üçün konstitusiyaya dəyişiklik etməyi təklif edib


Ekvador Prezidenti Daniel Noboa ölkədə xarici hərbi bazaların yaradılmasına qoyulan qadağanın aradan qaldırılması üçün konstitusiyaya dəyişiklik edilməsi təklifini parlamentə təqdim edəcək.

APA xəbər verir ki, bu barədə dövlət başçısının “X” hesabında paylaşdığı videomüraciətdə bildirilib.

“Bu gün biz parlamentə 5-ci maddəyə dəyişiklik etmək məqsədilə konstitusiyaya dəyişiklik layihəsi təqdim edəcəyik. Bu maddə Ekvadorda hərbi məqsədlər üçün istifadə edilə biləcək xarici hərbi bazaların və obyektlərin yaradılmasını qadağan edir. Transmilli münaqişə kontekstində bizim milli və beynəlxalq cavab tədbirlərinə ehtiyacımız var”, - Prezident qeyd edib.

Oxşar xəbərlər

Finlandiya ərazisində hərbi bazaların yerləşdirilməsi üçün NATO ilə danışıqlar aparır
Prezident İlham Əliyev ekvadorlu həmkarını təbrik edib
Xaricdə təhsil üçün dövlət proqramına müraciət edənlərin sayı artıb
Milli Məclisin iclası başlayıb, gündəlikdə 27 məsələ var
Gürcüstanda QHT nümayəndələri parlament binası qarşısında etiraz aksiyası keçirəcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər