

Blinken ABŞ-ın Ukraynaya 700 milyon dollardan çox yardım ayırdığını açıqlayıb
ABŞ Ukraynaya elektrik şəbəkələrinin təmiri üçün 325 milyon dollar, humanitar yardım olaraq 290 milyon dollar və minaların təmizlənməsi üçün 100 milyon dollardan çox vəsait ayırır.
Sizinxeber.az xəbər verir ki, bu barədə Kiyevdə mətbuat konfransı zamanı ABŞ dövlət katibi Entoni Blinken bildirib.
“Biz bir daha Putinin Ukraynanın enerji və elektrik sistemlərini hədəf almaq üçün hərəkətə keçdiyini görürük ki, soyuqdan Ukrayna xalqına qarşı silah kimi istifadə etsin”, - deyə amerikalı diplomat bildirib.
Bununla əlaqədar o, ABŞ-ın Ukraynanın enerji və elektrik şəbəkəsini bərpa etməsi üçün 325 milyon dollar məbləğində yeni maliyyələşdirmə elan etdiyini bildirib. O, həmçinin vurğulayıb ki, ABŞ yaxın həftələrdə Enerji Koordinasiya Qrupunun iclası zamanı G7+ ölkələrindən əlavə dəstək cəlb etmək niyyətindədir.
“Bu gün mən həm də Ukraynada və regionda Putinin müharibəsi nəticəsində didərgin düşmüş milyonlarla insanı təmiz su, qida, sığınacaq, dərman kimi mühüm ləvazimatlarla təmin etmək üçün 290 milyon dollarlıq yeni humanitar yardım elan edirəm”- deyə o bildirib.
O, həmçinin xatırladıb ki, ABŞ və digər G7 ölkələri Ukraynanın yenidən qurulması və müdafiə səyləri üçün Rusiyanın dondurulmuş aktivlərindən 50 milyard dollar ayırmağa razılaşıblar. Bundan əlavə, onun sözlərinə görə, Qərb ölkələri Rusiyaya dəstək verən ölkələri daha da təqib etməyə çalışırlar.
Oxşar xəbərlər
ABŞ Ukraynaya əlavə 700 milyon dollardan çox vəsait ayırıb
ABŞ Ukraynaya 300 milyon dollarlıq yeni hərbi yardım paketi göndərir
Blinken: "Putin amansız işğalçı müharibəsini davam etdirir"
Hollandiya Ukraynaya 88 milyon avro ayırıb
Aİ Ukraynaya humanitar yardım üçün 40 milyon avro ayırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Azərbaycan lideri: Artıq Şərqi Zəngəzur və Qarabağda 43 min insan yaşayır və çalışır
-
Azərbaycan Prezidenti: Ordu quruculuğuna lazımi həcmdə vəsait ayırmışıq
-
Belçika və Aİ-dəki səfir: Azərbaycan beynəlxalq siyasətin məsuliyyətli iştirakçısı və regional liderdir
-
Prezident: Bu gün Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığının yeni səhifəsi açılır
