ABŞ cümə günü Ukraynaya 125 milyon dollarlıq hərbi yardım ayıra bilər
Vaşinqton cümə günü Ukraynaya 125 milyon dollar dəyərində daha bir hərbi yardım paketinin ayrılmasını elan edə bilər.
APA xəbər verir ki, bu haqda məlumatı cümə axşamı öz mənbələrinə istinadən “Associated Press” xəbər verib.
Nəşrin yazdığına görə yeni yardım paketinə hava hücumundan müdafiə sistemləri üçün raketlər, HIMARS MLRS üçün mərmilər, tank əleyhinə Javelin sistemləri, 155 mm və 105 mm kalibrli artilleriya mərmiləri, elektron döyüş texnikası daxildir.
Avqustun 15-də Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi MSNBC telekanalına müsahibəsində bildirib ki, ABŞ yaxın həftələrdə Ukraynaya hərbi yardım paketi təqdim etməyi planlaşdırır.
Oxşar xəbərlər
ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb
Ağ Ev: ABŞ yaxın həftələrdə Ukraynaya yeni hərbi yardım paketi ayıracaq
ABŞ Kiyevə yeni hərbi yardım paketi ayırmağı planlaşdırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
