Bayden namizədlikdən imtina etdikdən sonra ilk dəfə Harrislə mitinqdə iştirak edib
ABŞ prezidenti Co Bayden prezidentlik yarışından geri çəkildikdən sonra ilk dəfə Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrislə seçki mitinqinə qatılaraq seçicilərə birlik mesajı verib.
APA xəbər verir ki, Bayden və vitse-prezident Kamala Harris Merilend ştatında keçirilən mitinqdə birlikdə səhnəyə çıxaraq hökumətin dərmanların qiymətlərini aşağı salmaq üçün şirkətlərlə razılaşdığını ictimaiyyətə elan ediblər.
İzdiham tərəfindən qarşılanan cütlük seçicilərə birlik mesajı verib, Bayden isə Harrisin çox uğurlu prezidentlik edəcəyini bildirib.
Harrislə təkcə dərman qiymətlərində deyil, digər iqtisadi mövzularda da çox çalışdıqlarını deyən Bayden, Harrisin seçkilərdə qalib gəldikdən sonra da bu xidmətləri davam etdirəcəyinə inandığını bildirib.
Baydenə verdiyi dəstəyə görə təşəkkür edən Harris isə öz növbəsində çox uğurlu iş gördüklərini və dərman qiymətləri ilə bağlı bu yeni razılaşmanın memarının Bayden olduğunu deyib.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
