Tramp İranın dolayı nüvə danışıqları təklifini nəzərdən keçirir
ABŞ administrasiyası İranın dolayı nüvə danışıqları təklifini ciddi şəkildə nəzərdən keçirir.
APA xəbər verir ki, bu barədə iki ABŞ rəsmisi “Axios”a bildirib.
Məlumata görə, Ağ Ev həm diplomatik, həm də çəkindirici təzyiqi saxlamaq üçün regionda hərbi qüvvələrini artırmaqda davam edir. Eyni zamanda, Prezident Donald Trampın hərbi zərbələrə üstünlük verməsi halında Yaxın Şərqdəki ABŞ qüvvələrinin əhəmiyyətli dərəcədə gücləndirildiyi bildirilir.
ABŞ rəsmilərindən biri qeyd edib ki, administrasiya birbaşa danışıqların daha uğurlu ola biləcəyini düşünür. Lakin İranın təklif etdiyi dolayı format da istisna edilmir və Oman Sultanlığının vasitəçi qismində iştirakına etiraz edilmir.
Hər iki rəsmi hələlik heç bir yekun qərarın qəbul edilmədiyini və mövzu ətrafında daxili müzakirələrin davam etdiyini vurğulayıb:
“Məktub mübadiləsindən sonra biz indi İranla danışıqlara və qarşılıqlı etimadın yaradılmasına başlamaq üçün növbəti addımları araşdırırıq”, – məlumatda bildirilir.
Oxşar xəbərlər
ABŞ İranın nüvə danışıqları təklifini nəzərdən keçirir
İran Trampın məktubuna cavab göndərib
İran vasitəçilərlə Trampın məktubuna cavab verib, danışıqlara qapı açıb
Rəsmi Tehran Trampa cavab verib
Xamenei Trampın danışıqlar təklifinə cavab verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
