KİV: ABŞ İranın nüvə obyektlərini xüsusi bombalar və qanadlı raketlərlə vurub
sizinxeber.az xəbər saytı

KİV: ABŞ İranın nüvə obyektlərini xüsusi bombalar və qanadlı raketlərlə vurub


ABŞ İranın əsas nüvə obyektlərinə zərbələr endirmək üçün bunker əleyhinə bombalar və “Tomahawk” qanadlı raketlərindən istifadə edib.

Sizinxeber.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Məlumata görə, əvvəllər ikisinin kifayət edəcəyi güman edilsə də, B-2 gizli bombardmançılarından Fordodakı çox məxfi yeraltı kompleksə beş-altı güclü bomba atılıb.

Qeyd edək ki, Fordodan başqa İsfahan və Natanzda daha iki nüvə obyekti də hücuma məruz qalıb.

“Fox News”un məlumatına görə, hədəflərdən təxminən 400 mil məsafədə yerləşən sualtı qayıqlardan onlara 30-a yaxın “Tomahawk” raketi atılıb.

Oxşar xəbərlər

Fox News: İranın nüvə ambisiyaları rəsmən ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail İranın qərbindəki yeraltı raket obyektini vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Niderlanda 175 ədəd “Tomahawk” raketi satacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Konfrans Liqasında 1/8 finalın püşkü atılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail İranın Fordodakı nüvə obyekti yaxınlığına zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər