Tramp “TikTok” almaq niyyətində olan ABŞ alıcılarının siyahısının olduğunu bildirib
sizinxeber.az xəbər saytı

Tramp “TikTok” almaq niyyətində olan ABŞ alıcılarının siyahısının olduğunu bildirib


ABŞ prezidenti Donald Tramp Çinin “ByteDance” şirkətindən “TikTok” sosial şəbəkəsini almaq niyyətində olan amerikalı alıcıların siyahısının olduğunu bildirib.

APA xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.

"Alıcılarımız var. Onu almaq istəyən çox ciddi amerikalı alıcılarımız var. Mən “TikTok” pərəstişkarıyam. Uşaqlarım “TikTok”u sevirlər. Gənclər “TikTok”u sevirlər. Və biz bunu etməyə davam edə bilərik, lakin təhlükəsizlik məsələlərini izləyəcəyik ", - Ağ Ev lideri əlavə edib.

Tramp həmçinin qeyd edib ki, o, hələlik Çin lideri Si Cinpinlə bu barədə danışmayıb, lakin bunu lazımi vaxtda etmək niyyətindədir.

Qeyd edək ki, “Reuters”in xəbərinə görə, Ağ Ev “TikTok”da rəsmi hesab açıb.

Oxşar xəbərlər

Tramp TikTok sosial şəbəkəsini bloklamaq niyyətində deyil
Tramp ABŞ-da “TikTok”a dəstək olacağına söz verib
Tramp TikTok-un ABŞ-da fəaliyyətini daha 75 gün uzadıb
Tramp: ABŞ TikTok-un yarısına sahib olmaq hüququna malik olmalıdır
ABŞ-nin yeni prezidenti ölkədə “TikTok”un bloklanmasının tərəfdarı deyil

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər