Tramp ABŞ-da “TikTok”a dəstək olacağına söz verib
ABŞ-da Respublikaçıların prezidentliyə namizədi Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə “TikTok”u xilas edəcəyinə və amerikalıların bu sosial şəbəkəyə çıxışını təmin edəcəyinə söz verib.
Sizinxeber.az xəbər verir ki, Tramp bu barədə öz “Truth” sosial şəbəkəsindəki hesabında bildirib.
“TikTok”u ABŞ-da saxlamaq istəyən hər kəsə müraciət edirəm. Bu platformanı sevirsinizsə, Trampa səs verin. Əgər “TikTok” və ya ölkəmizin təhlükəsizliyi ilə maraqlanmırsınızsa, millətimizi məhv edəcək marksistləri dəstəkləyə bilərsiniz”, - deyə Tramp bildirib.
O, rəqiblərinin ABŞ-da “TikTok”u qadağan etmək niyyətində olduğunu da vurğulayıb. Tramp, hesabının təxminən 11 milyon izləyicisi olan bu platformada böyük ulduza çevrildiyini xatırladıb.
Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi “TikTok”a qarşı məhkəmə iddiası qaldıraraq şirkətin 13 yaşından kiçik uşaqlardan şəxsi məlumatları valideynlərinin razılığı olmadan topladığını və bunun qanun pozuntusu olduğunu qeyd edib.
Oxşar xəbərlər
Tramp vəzifəyə gəldiyi ilk gündə Qəzzada münaqişəni həll edəcəyinə söz verib
Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Putinlə anlaşacağına ümid edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
