ABŞ və NATO artıq Ukrayna üçün təhlükəsizlik zəmanətləri hazırlayır
sizinxeber.az xəbər saytı

ABŞ və NATO artıq Ukrayna üçün təhlükəsizlik zəmanətləri hazırlayır


ABŞ və NATO müharibə bitdikdən sonra Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin mümkün ssenarilərini hazırlamağa başlayıb.

APA xəbər verir ki, bu barədə ABŞ rəsmilərinə istinadən “Reuters” məlumat yayıb.

Buna təkan verən ABŞ prezidenti Donald Trampın Rusiya ilə gələcək sülh sazişinin bir hissəsi kimi Kiyevə kömək edəcəyi vədi olub.

Variantlardan biri Avropa qoşunlarının Ukrayna ərazisinə milli bayraqlarla, lakin ABŞ komandanlığı altında yerləşdirilməsini nəzərdə tutur.

ABŞ qoşunları isə Ukraynaya göndərilməyəcək. Qeyd edək ki, Tramp bunu “Fox News”a müsahibəsində də vurğulayıb.

Mənbələrə görə, ABŞ Ukraynanı əlavə hava hücumundan müdafiə sistemləri ilə təmin edə və ya hətta qırıcıları ilə uçuşa qadağan olunmuş zona tətbiq edə bilər.

NATO hərbi liderləri Ukrayna ilə bağlı gələcək addımları və Trampın Vladimir Putinlə Alyaskada apardığı son danışıqların nəticələrini müzakirə etmək üçün çərşənbə günü virtual görüş keçirəcəklər.

Kiyev və onun müttəfiqləri Vaşinqtonun Moskvanın şərtləri əsasında razılığa gəlməyə cəhd edə biləcəyindən ehtiyat edirlər.

Bundan başqa, Avropa tərəfi qeyd edir ki, təhlükəsizlik zəmanətləri Kremlin gələcək təcavüzünün qarşısını almaq üçün kifayət qədər güclü olmalıdır.

Oxşar xəbərlər

KİV: Ukrayna üçün təhlükəsizlik zəmanətləri NATO üzvlüyünü əhatə etməyəcək
Tramp ABŞ qoşunlarının Ukraynada yerləşdirilməsini nəzərdən keçirmir
KİV: Tramp ABŞ qoşunlarının Ukraynada yerləşdirilməsini nəzərdən keçirmir
NATO Baş katibi: Trampın sayəsində Ukrayna-Rusiya münaqişəsində danışıqlara start verilib
Ukrayna XİN rəhbəri NATO Baş katibinin müavini ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle