ABŞ Senatında Ukraynaya 54,6 milyard dollarlıq yardım layihəsi təqdim edilib
ABŞ Konqresinin Senatında Ukraynaya əlavə yardım göstərilməsini nəzərdə tutan 54,6 milyard dollar məbləğində yeni qanun layihəsi təqdim olunub.
APA xəbər verir ki, bu barədə Senatın Xarici Əlaqələr Komitəsi məlumat yayıb.
Sənədin müəllifləri Nyu-Hempşir ştatından demokrat senator Cinn Şahin və Alyaska ştatından respublikaçı senator Liza Murkovskidir.
Qanun layihəsinə əsasən, yardım 2026 və 2027-ci maliyyə illəri ərzində (2025-ci il oktyabrın 1-dən başlayaraq) göstərilməlidir.
Paket birbaşa hərbi dəstəklə yanaşı, ABŞ-ın müdafiə sənayesinə investisiyaları və Birləşmiş Ştatlarda dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlərin yardımın maliyyələşdirilməsinə yönəldilməsini də nəzərdə tutur.
Oxşar xəbərlər
KİV: ABŞ Senatının komitəsi Ukraynaya 1 milyard dollarlıq yardımı təsdiqləyib
Aİ 2025-ci ildə Ukraynaya 30 milyard avro yardım göstərmək niyyətindədir
Konqres xarici yardım və medianın maliyyələşdirilməsinin 9,4 milyard dollar azaldılmasını təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
