Tramp Kiyevi yüz milyonlarla dollar dəyərində silahla təmin edə bilər
ABŞ prezidenti Donald Tramp Ukraynaya yüz milyonlarla dollar dəyərində yeni silah və hərbi texnika paketi vermək imkanını nəzərdən keçirir.
APA xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.
Qəzetin adı açıqlanmayan iki şəxsə istinadən yaydığı məlumata görə burada söhbət, Trampın dövlət başçısı kimi səlahiyyətlərindən istifadə edərək Kiyevə artıq hazır və Pentaqonun anbarlarında olan silahlarını göndərmək imkanından gedir.
Trampın göndərməyi nəzərdən keçirdiyi silahlar ABŞ-ın əvvəlki administrasiyası dövründə Konqres tərəfindən təsdiqlənmiş Ukraynaya hərbi yardım fondlarına daxil olan silahlardır ki, bu paketin təxmini dəyəri 3,8 milyard dollardır.
Bənzəri məlumatı cümə axşamı “Reuters” agentliyi də yayıb. Agentliyin məlumatına yeni silah tədarükünün həcmi 300 milyon dollara çata bilər.
Oxşar xəbərlər
ABŞ Ukraynaya 300 milyon dollarlıq yeni hərbi yardım paketi göndərir
“Reuters”: Tramp ilk dəfə Kiyevə silah vermək hüququndan istifadə edə bilər
Reuters: ABŞ Ukraynaya 725 milyon dollarlıq yeni hərbi yardım paketi hazırlayır
“Reuters”: Böyük Britaniya Ukraynanı yeni yardım paketi ilə təmin etmək niyyətindədir
Bayden təcili şəkildə Ukraynaya 6 milyard dollar göndərmək niyyətindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













