Suni intellekdən istifadə edilərək Rubionun səsi ilə diplomatlara zəng edilib
sizinxeber.az xəbər saytı

Suni intellekdən istifadə edilərək Rubionun səsi ilə diplomatlara zəng edilib


Naməlum şəxs süni intellektdən istifadə edərək ABŞ Dövlət katibi Marko Rubionun səsi ilə yerli və xarici diplomatlara zəng vurub.

APA “Reuters”ə istinadən xəbər verir ki, sözügedən şəxs üç ölkənin xarici işlər nazirinə və iki ABŞ siyasətçisinə Marko Rubionun səsi ilə zəng edib.

Bildirilib ki, telefon zənglərində məqsəd həssas sayılan informasiya əldə etmək olub.

Hadisə iyun ayının ortalarında baş verib.

Dövlət Departamenti məsələyə münasibət bildirməyib.

Buna baxmayaraq, iyul ayının 3-də Dövlət Departamenti bütün diplomatik və konsulluq postlarına saxta hesablar və dələduzlar barədə xəbərdarlıq edib.

Oxşar xəbərlər

Dövlət Departamenti: Rusiya və ABŞ liderlərinin birbaşa ünsiyyəti zəruridir
Dövlət Departamenti: ABŞ Ukraynada hərtərəfli atəşkəsə sadiqdir
ABŞ Dövlət Departamenti və USAİD-ın xarici yardım proqramlarını maliyyələşdirməsi dayandırılıb
ABŞ Senatı Marko Rubionun dövlət katibi vəzifəsinə namizədliyini təsdiqləyib
Tramp ABŞ dövlət katibi vəzifəsinə senator Rubionun namizədliyini irəli sürüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər