sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Tramp Ukrayna münaqişəsinə son qoya biləcəyinə əmin olmadığını deyib
ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirə biləcəyinə əmin olmadığını bildirib.
APA xəbər verir ki, bu haqda "Politico" məlumat yayıb.
Qəzet həmçinin bu bəyanatın onun münaqişəni tez bir zamanda bitirmək barədə əvvəlki vədləri ilə tamamilə ziddiyyət təşkil etdiyini yazıb.
Tramp jurnalistlərin müharibəni bitirə biləcəyinə əmin olub-olmadığı ilə bağlı sualına "Bilmirəm. Bunun baş verib-verməyəcəyini sizə deyə bilmərəm. Bəli. Bunun baş verməsini istərdim", - deyə cavab verib.
Qeyd edək ki, o, seçki kampaniyası zamanı hakimiyyətə gəldikdən dərhal sonra 24 saat ərzində iki ölkə arasında davam edən müharibəyə son qoyacağına söz vermişdi.
Oxşar xəbərlər
Tramp İlon Maskı bağışlamağa hazır olduğunu bildirib
Tramp dünyada sülhü bərpa etmək istəyir
Livit: Tramp dünyada sülhü bərpa etmək istəyir
Tramp: Çin İranı İsraillə münaqişədə dəstəkləməyəcək
Zelenski: Ukrayna Rusiyanın ultimatumlarına boyun əyməyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













