KİV: İsrail ABŞ-dan İrana qarşı hücumlara qoşulmağı istəyib
İsrail ABŞ administrasiyasına müraciət edərək İrana qarşı hərbi əməliyyatlara qoşulmasını istəyib.
Sizinxeber.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Nəşrin yazdığına görə, İsrailin əsas məqsədi İranın nüvə proqramını tamamilə sıradan çıxarmaqdır.
ABŞ Prezidenti Donald Tramp isə İsrailin Baş naziri Benyamin Netanyahuya Vaşinqtonun zərurət yaranacağı halda əməliyyata qoşula biləcəyini bildirib.
Portal qeyd edir ki, İsrail ordusunun Fordodakı uranın zənginləşdirilməsi zavodunu məhv etmək üçün kifayət qədər arsenalı yoxdur. Bu səbəbdən Təl-Əviv ABŞ-ın hərbi dəstəyinə ümid edir.
Bununla yanaşı, nəşr xəbərdarlıq edir ki, ABŞ-ın İran ərazisində bir hədəfi bombalaması belə Vaşinqtonun münaqişəyə birbaşa cəlb olunması ilə nəticələnə bilər.
Oxşar xəbərlər
KİV: Tramp Netanyahuya İrana qarşı hərbi əməliyyatlara qarşı olduğunu deyib
KİV: Tramp Netanyahuya İrana qarşı hərbi əməliyyatların əleyhinə olduğunu deyib
İsrail iyunun 15-də İrana zərbə endirə bilər
KİV: İsrail iyunun 15-də İrana zərbə endirə bilər
İsrail müdafiə naziri: İrana qarşı qabaqlayıcı zərbə endirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













