Tramp və Ursula von der Leyen arasında telefon danışığı olub
ABŞ Prezidenti Donald Tramp və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen arasında telefon danışığı olub.
APA xəbər verir ki, bu barədə Ursula von der Leyen sosila media hesabındakı paylaşımında bildirib.
“G7 Sammiti ərəfəsində prezident Trampla yaxşı telefon danışığımız oldu. Biz Yaxın Şərqdəki gərgin geosiyasi vəziyyəti, eləcə də enerji bazarlarına təsirlə bağlı sıx koordinasiya ehtiyacını müzakirə etdik”, – AK Prezidenti qeyd edib.
Telefon danışığı zamanı Ukraynadakı vəziyyət, atəşkəsin vacibliyi və Rusiyaya qarşı təzyiqlərin davam etdirilməsinin önəmi də vurğulanıb.
Bundan əlavə, tərəflər arasında davam edən ticarət danışıqları da müzakirə olunub.
“İyulun 9-na qədər yaxşı razılaşma əldə etmək öhdəliyimizi bir daha təkrarladım”, – Ursula von der Leyen paylaşımında qeyd edib.
Oxşar xəbərlər
Ursula von der Leyen Kiyevə gedib
Türkiyə Prezidenti Ursula fon der Leyen ilə Suriyadakı vəziyyəti müzakirə edib
Ərdoğan Ursula fon der Leyen ilə Suriyadakı vəziyyəti müzakirə edib
Ursula von der Leyen BƏƏ Prezidenti ilə Suriyadakı vəziyyəti müzakirə edib
Bayden və Ursula fon der Leyen Ukraynaya yardımı müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













