Türkiyə Prezidenti Ursula fon der Leyen ilə Suriyadakı vəziyyəti müzakirə edib
sizinxeber.az xəbər saytı

Türkiyə Prezidenti Ursula fon der Leyen ilə Suriyadakı vəziyyəti müzakirə edib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə telefon danışığı aparıb.

Sizinxeber.az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Danışıq zamanı Suriyadakı son hadisələr müzakirə edilib.

Qeyd olunub ki, Prezident Ərdoğan Suriyanın terror ünsürlərindən təmizlənməsi, birliyinin təmin edilməsi, ərazi bütövlüyünün qorunması, bütün etnik və milli mənsubiyyətlərə aid olan suriyalıların qarşıdaki dövrdə sülh içində yaşaması üçün ölkəsinin güclü dəstəyini davam etdirəcəyini bildirib.

Bundan əlavə, Türkiyə suriyalıların ləyaqətli, təhlükəsiz və könüllü olaraq ölkələrinə qayıtmaları üçün prosesin planlaşdırıldığını, Suriyanın yenidən qurulması istiqamətində görülən işlərin geri dönüşləri sürətləndirəcəyini də bildirib.

Oxşar xəbərlər

Ərdoğan Ursula fon der Leyen ilə Suriyadakı vəziyyəti müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan NATO-nun Baş katibi ilə Suriyadakı vəziyyəti müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan Yunanıstanın baş naziri Miçotakis ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan Makronla görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan və Putin Suriyadakı vəziyyəti müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər